Niderland millisinin sabiq yarımmüdafiəçisi Edqar Davids "Olyanense"nin baş məşqçi postundan qovulub.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, Portuqaliyanın üçüncü divizion klubu Davidsi əsas planı həyata keçirə bilmədiyinə - komandanı ikinci diviziona yüksəltməyi bacarmadığına görə göndərib.
"Milan" və "Yuventus"da çıxış etmiş 48 yaşlı Edqar "Olyanense"yə bu ilin yanvarında baş məşqçi təyin olunmuşdu.
Nihat