İngiltərə millisinin sabiq hücumçusu "Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqoru İngiltərə Premyer Liqasının ən yaxşı yarımmüdafiəçisi olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Hazırda Edeqor İPL-in ən yaxşı yarımmüdafiəçisidir. Onun "Arsenal"ın uğurlarına qatqısı Kevin De Bröynenin "Mançester Siti"yə verdiyi faydadan daha çoxdur. Şübhəsiz, Martin bu gün bir nömrəli yarımmüdafiəçidir. Onun De Bröynedən üstün futbolçu olduğunu demirəm, amma Edeqor cari mövsüm əla təsir bağışlayır".
Qeyd edək ki, 27 oyuna 66 xal toplayan "Arsenal" çempionatın lideridir. 61 xala malik "Mançester Siti" isə ikincidir.
Nihat