"Burda çox xoşbəxtəm. “Kordoba”da özümü rahat hiss edirəm. Komandaya tam uyğunlaşmışam". Fanat.az xəbər verir ki, bu sözləri İspaniyanın “Kordoba” klubunda çıxış edən Eddi İsrafilov deyib.
"Marka" qəzetinə müsahibə verən millimizin üzvü yeni komandasında hər şeydən razıdı: "Burda hər şey yaxşıdı. Fərdi keyfiyyətləri üstün olan oyunçular var. Paltardəyişmə otağında da əla atmosfer hökm sürür. Bu da meydandakı oyuna müsbət təsir göstərir".
İsrafilov La Liqadan Sequndaya getməsinin səbəbini açıqlayıb: "Daha səbəbi daha çox oynamaq istəyimlə bağlıdır. La Liqada istədiyim qədər oynamaq şansı əldə etmirdim. Ona görə də “Kordoba”ya keçdim. Bu addımım məndə özünəinam hissini artıracaq".
Fanat.az