Eddi İsrafilov heyətə düşmədi

Eddi İsrafilov heyətə düşmədi

İspaniya La Liqasında XII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Eybar" səfərdə "Vilyarreal" ilə qarşılaşıb. 

Futbolçumuzun komandası bu görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər