Eddi İsrafilov ardıcıl üçüncü oyununda da “fərqləndi”

Eddi İsrafilov ardıcıl üçüncü oyununda da “fərqləndi”
İspaniya Sequndasında XXVI tura start verilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" səfərdə "Ponferradina" ilə üz-üzə gəlib.
 
Oyun qonaqların 3:1 hesablı qələbəsiylə nəticələnib. Eddi meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü matçın 52-ci dəqiqəsində sarı vərəqə alıb. Bu, İsrafilovun "Kordoba"nın heyətində meydana çıxıdığı son 3 oyunda ardıcıl 3-cü sarı vərəqəsidi.
 
Səfər qələbəsiylə hesabındakı xalların sayını 43-ə çatdıran "Kordoba" 3-cü pilləyə yüksəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər