Durarbəyli zirvədə qaldı

Durarbəyli zirvədə qaldı

Bir günlük fasilədən sonra şahmat üzrə Azərbaycan çempionatı davam etdirilib.

Fanat.Az xəbər verir ki, səkkizinci turda Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə edərək turnir cədvəlində birinciliyini qoruyub. Onun 6,5 xalı var.

Vüqar Əsədli və Məhəmməd Muradlı isə hərəyə 5,5 xalla ikinci yeri bölüşürlər.

Qeyd edək ki, çempionatda 20 şahmatçı iştirak edir. Onlardan dördü yarımfinalda mübarizəni davam etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər