"DÇ-2018"in Avropa zonası üzrə seçmə mərhələsinə start vrilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığması C qrpundakı ilk matçını səfərdə keçirib.
Komandamız dünyanın ən zəiflərindən biri olan San Marinonun qonağı olub. Matçın taleyini bir qol həll edib. İlk yarının son dəqiqələrində Ruslan Qurbanov Əfran İsmayılovun ötürməsini çevirib. 57-ci dəqiqədə rəqib komandadan Kristian Brolli meydandan qovulub və millimizin təxminən 30 dəqiqə rəqibdən say üstünlüyü olsa da, ikinci qolu vura bilməyib.
San Marino dünyanın ən zəif ölkələrindən biridi. Belə ki, komanda FIFA reytinqində yer alan 2010 ölkə arasında 200-cü yeri tutur. Azərbaycan isə 136-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, C qrupunda Azərbaycan və San Marinodan başqa Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç milliləri də çıxış edəcək. Yığmamız növbəti oyunlarını oktyabrın 8-də evdə Norveçə, 3 gün sonra səfərdə Çexiyaya qarşı keçirəcək.
DÇ-2018
Seçmə mərhələ
C qrupu, I tur
4 sentyabr
San Marino - Azərbaycan 0:1
Qol: Ruslan Qurbanov, 45+1.
San Marino: 1. Aldo Simonçini (q), 2. David Sezarini, 3. Kristian Brolli, 6. David Simonçini, 7. Mateo Vitaioli (k), 8. Xose Hirş, 10. Mirko Palazzi, 14. Luka Tosi, 15. Marko Berardi, 19. Filippo Berardi, 20. Nikola Çiaruzzi.
Ehtiyat oyunçular: 12. Giaççomo Muraççini (q), 23. Elya Benedettini (q), 4. Covanni Bonini, 5. Fabio Vitaioli, 9. Mattia Stefanelli, 11. Enriko Qoluniççi, 13. Alessandro Della Valle, 16. Danilo Rinaldi, 17. Alessandro Biançi, 18. Pietro Kalzolari, 21. Lorenzo Qasperoni, 22. Karlo Valentini.
Baş məşqçi: Pyerancelo Massaroli.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 13. Dmitri Nazarov, 22. Əfran İsmayılov, 18. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Tərlan Quliyev, Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Elvin Məmmədov, 15. Mahir Mədətov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev.
Baş məşqçi: Robert Prosineçki.
Qırmızı vərəqə: Kristian Brolli, 53.
Hakimlər: Sebastyen Delferyer, İv de Nev, Co de Veyrdt, Aleksandru Bukau (Belçika).
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya).
UEFA nümayəndəsi: Luka Zorzi (İsveçrə).
Serravalle. San Marino stadionu.
Fanat.Az