"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandasının dünyanın ən yaxşısı olmadığını düşünür.
Fanat.Az xəbər verir ki, "Brentford"la matçdan sonra keçirilən mətbuat konfransında danışan Quardiola belə deyib:
"Biz dünyanın ən yaxşı komandası deyilik. Ən yaxşı "Çelsi"dir. Çempionlar Liqasını qazandılar, ən yaxşı onlardı".
Premyer Liqada bir matç az keçirən "Liverpul"u 9 xal qabaqlayan "Mançester Siti" çempionatda çətin günlər yaşayan "Norviç Siti" ilə qarşılaşacaq. Premyer Liqada çempionluq uğrunda mübarizə aparan "şəhərlilər" Çempionlar Liqasında da yoluna davam edir. İngiltərə Kuboku və Liqa Kubokunda da macərasını davam etdirən İngiltərə komandası ÇL-də ilk qələbəsini qazanmağı hədəfləyir.
“Mançester Siti” qitənin ən nüfuzlu klub tirnirinin 1/8 final mərhələsində Portuqaliyanın “Sportinq” komandası ilə qarşılaşacaq.
Mirağa