"FourFourTwo" analitik nəşri dünyanın ən yaxşı mərkəz müdafiəçilərinin reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, siyahıya "Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger başçılıq edir.
İkinci yerdə "Arsenal"lı Uilyam Saliba, üçüncü yerdə isə "Liverpul"un arxa xətt oyunçusu Vircil van Deyk qərarlaşıb.
İlk "10-luq" isə belədir:
1. Antonio Rüdiger - "Real Madrid" (İspaniya) 2. Uilyam Saliba - "Arsenal" (İngiltərə) 3. Vircil van Deyk "Liverpul" (İngiltərə) 4. Ruben Dias - "Mançester Siti" (İngiltərə) 5. Con Stounz - "Mançester Siti" (İngiltərə) 6. Markinyos - PSJ (Fransa) 7. Natan Ake - "Mançester Siti" (İngiltərə) 8. David Alaba - "Real Madrid" (İspaniya) 9. Qabriel - "Arsenal" (İngiltərə) 10. Ronald Arauxo - "Barselona" (İspaniya).