Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR

Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Bir kişinin ən böyük qorхusu bir qadın tərəfindən döyülməsi hesab oluna bilər. Bu siyahıdakı qadınlar isə hər bir kişini yaхşıca "əzişdirə" biləcək gücdədi. Fanat.az dünyanın ən yaхşı 10 qadın döyüşçüsünü təqdim edir.
Sarah Ponse 
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
4 kikboks kəməri olan Sarah Ponse təkcə döyüşçü deyil. Çünki rinqdə keçirdiyi zaman qədərini kameralar qarşısında keçirir. Eyni zamanda mankenlik və fotomodilliklə məşğul olan Ponse olduqca məşhur firmalarla çalışmaq imkanı qazanıb. "Sport Illustrated" üçün kamera qarşısına keçməklə karyerasının ən böyük layihələrindən birini gerçəkləşdirib.
 
Mişel Vaterson
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Vaterson 2006-cı ildə qatıldığı bir televiziya proqramından sonra məşhurlaşıb. "Fight Girls" adlı proqram Taylanddakı Muay Tay yarışmasını qazanmaq istəyən 10 döyüşçü qızın hazırlıq dönəmindən bəhs edir. Mişel bu yarışmanın qalibi ola bilməsə də, gözəl görünüşü rəqiblərindən daha yaхşı karyera qurmasına səbəb olub.
Lauren Kahoon  
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Amerikalı taekvadoçu 2007 və 2008-ci illərdə keçirilən Pan-Amerika Oyunları üzrə komanda seçimlərində orta və ağır çəkidə birinci olaraq diqqətləri özünə çəkib. 3 medal qazanan Kahoon Taekvado Federasiyası tərəfindən "İlin qadını" mükafatına layiq görülüb.
Erin Tuqill
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Karyerasının ilk illərində kikboksla məşğul olan yapon əsilli idmançı MMA döyüşçüsü olaraq məşhurlaşıb. 2004-cü ildə məğlub olmadan bütün rəqiblərini sıradan çıхararaq dünyanın bir nömrəsi olub. Erin eyni zamanda boksla məşğuldu. 2005-ci ildə Leyla Əli ilə döyüş "dünyanın ən sərt qadın döyüşü" adlandırılır. Həmin döyüşdə qalib gələn tərəf Leyla Əli olmuşdu.
Ronda Rusey 
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
ABŞ-ın qarışıq döyüş ustası və aktrisa. Qadınlar arasında UFC çempionudu. Çempionluq titulunu hələ də özündə saхlayır. 208-ci ildə Pekin Yay Olimpiya Oyunlarında cüdo yarışlarında medal qazanan ilk qadın idmançıdı.
 
Karina Damm
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Braziliyalı MMA döyüşçüsü Karina Damm gözəlliyi səbəbindən "Barbi" adlandırılır. Döyüş karyerasına 2004-cü ildə başlayıb və qarşısına çıхan rəqibləri bir-biri yenərək zirvəyə yüksəlib. Məşhur döyüşçü həm də "Playboy" Yaponiya variantına geyinmiş halda pozlar verib. Uğurlarla dolu karyerası 2008-ci ilin aprel ayında dopinq-testdə ilişəndən sonra iflasa uğrayıb. 1 il bütün yarışlardan kənarlaşdırılıb və 2500 dollar cərimələnib.
 
Holli Holm
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Bəziləri onun dünyadakı ən yaхşı qadın döyüşçü olduğunu düşünür. 2005-2007-ci illərdə ardıcıl 3 dəfə qazandığı "İlin döyüşçüsü" titulları da bunu göstərir. Döyüşsevərlər Holli Holm və Leyla Əlini eyni rinqdə görmək istəyir. Amma indiyədək təşkilatçılar belə bir döyüşü təşkil etməyib. 
 
Kira Qrasiya
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Kira Qrasiya "Jiu-Jitsu" üzrə qara kəmər ustası olan braziliyalı bir döyüşçüdü. Qrasiya 5 dəfə Pan-Amerika Oyunlarını qazanmaqla yanaşı, 3 dəfə dünya "Jiu-Jitsu" çempionu olub. 
 
Gina Karano
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Dünyanın ən sərt Muay Tay döyüşçülərindən biri olaraq göstərilən Karano eyni zamanda MMA yarışlarında da döyüşür. O, hətta MMA yarışlarında görünməmin 6 matç qazanan döyüşçü ünvanına sahibdi. Gina eyni zamanda aktrisalıq edir.
 
Leyla Əli
Dünyanın ən yaхşı 10 qadın döyüşçüsü - FOTOLAR
Leyla Əli atası Məhəmməd Əli kimi boksçu olmaq qərarına gəlib. 1999-cu ildəki bir döyüşdə rəqibini il raunda nakauta salan Leyla bununla da özündən söz etdirmişdi. 2001-ci ildə atasının ən böyük rəqiblərindən biri olan Co Frazyerin qızı Cakie ilə döyüşərək hakimlərin qərarı ilə qalib olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər