"Dünyanın ən məhsuldar oyunçusu olmaqdan qürur duyuram"

"Dünyanın ən məhsuldar oyunçusu olmaqdan qürur duyuram"

38 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə matçda qazandıqları qələbəni (4:0) şərh edib.

Fanat.Az xəbər verir ki, “Əl-Nəsr”in ulduz hücumçusu dubl edərək milli komandaların rəsmi oyunlarında 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb. 

O, bu barədə təəssüratlarını özünün "Instagram" səhifəsində paylaşıb:

“Milli komandada və mənim üçün xüsusi olan bir stadionda yenidən oynamaq, üstəlik qol vurmaq çox gözəl hissdir. Tarixin ən məhsuldar milli oyunçusu olmaqdan qürur duyuram”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər