Dünya və Avropa çempionatlarına vəsiqələr müəyyənləşəcək

Dünya və Avropa çempionatlarına vəsiqələr müəyyənləşəcək

Bu gün şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına start verilib.

Fanat.Az xəbər verir ki, 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbində təşkil edilən turnirdə 193 oğlan, 121 qız iştirakçı olmaqla ümumilikdə medallar uğrunda 314 nəfər mübarizə aparır. 

Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar  Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblərə federasiya tərəfindən pul mükafatı veriləcək. 

I yeri tutan şahmatçılar 2022-ci il müvafiq yaş qruplarında dünya çempionatına, II yeri tutan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər