Dünya Kuboku: Yarımfinaldakı rəqibimiz bəlli oldu

Dünya Kuboku: Yarımfinaldakı rəqibimiz bəlli oldu

İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kubokunda iştirak edən Azərbaycanın "Land of Fire" komandasının yarımfinaldakı rəqibi müəyyənləşib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli "Badrutt’s Pelas" klubu ilə qarşılaşacaq.

Bu raundun digər görüşündə isə "Klinika La Preri" və "Kasablanka" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün keçiriləcək. "Land of Fire" klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər