Dünya Kuboku: Ağamirova və qrup komandası finalda çıxış edəcək

Dünya Kuboku: Ağamirova və qrup komandası finalda çıxış edəcək

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ayrı-ayrı növlərdə final mərhələsi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Zöhrə Ağamirova fərdi yarışda top və gürzlərlə finalda çıxış edəcək.

Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası da iki finalda iştirak edəcək: beş halqa ilə, həmçinin üç lent və iki topla.

Qeyd edək ki, bir gün əvvəl qrup çoxnövçülükdə bürünc medal qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər