Dünya çempionumuzun rəqibi məlum oldu

Dünya çempionumuzun rəqibi məlum oldu

ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub.

Azərbaycan Kikboksinq Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.

Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10 - 15 iyulda təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər