Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev "Yoldaş Rövşanə" verilişində qonaq olub. Füzuli Musayev aparıcının suallarını cavablayıb. 

Sevgisiz yaşamağın mümkün olmadığını bildirən dünya çempionu səmimi şəkildə bütün suallara cavab verib. Aparıcı Rövşanə Bektaşi Fizuli Musayevin çox məlumatlı olduğunu bildirib və müsahibə üçün ona təşəkkür edib. 

Fizulu Musayev şəxsi həyatı ilə bağlı verilən suallardan yayınmayıb: "Həyatımda gecikmiş məhəbbət olmayıb. İnsanın ən gözəl dostu onun ailəsidir. Gənc yaşından baba olmuşam. Amma oğlumu hələ evləndirməmişəm. Alın yazısına inanıram. Həyatımda elə bir şey olub ki, alın yazısıdır deyib, peşman olmuşam. Olur həyatdır... Mənə ən yaxın insan həyat yoldaşımdır. 23 yaşında evlənmişəm peşman da deyiləm.

Ümumiyyətlə sevmiyən insan varmı? Sadəcə sevginin növləri var. Cürbəcür sevgi var. Qadınlarda da, kişilərdə də sədaqətlilik olmalıdır. Amma qadınlar daha çox güzəştə gedir. Kişilərdə eqoistlik çox olur. Biz kişilər qısqanc oluruq. 32 ildir evliyəm, bu elə-belə deyil. Ona gül alıram. İstirahət günlərimizdə yaxşı yeməklər bişirirəm. Mən mətbəxdə istirahət edirəm. Qadınların bişirə bilmədiyi yeməkləri mən bişirə bilirəm. Dolma bükmüşəm, qazan kababı bişirmişəm". 

Xatırladaq ki, bir müddət əvvəl F. Musayevin gənc müğənni Ayan Babakişiyeva ilə sevgi romanı mətbuatda rezonans doğurmuşdu. Hal-hazırda cütlük ayrı yaşayır. Hətta cütlüyün azyaşlı bir qız övladı da var. 

Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Dünya çempionumuzdan maraqlı açıqlamalar - FOTOLAR

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər