Dünya çempionu Madrid klubuna keçir

Dünya çempionu Madrid klubuna keçir

"Yuventus"da icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes bu yay İspaniya La Liqasına keçə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.

"Atletiko Madrid" 28 yaşlı argentinalı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır.

Onun Turin klubu ilə icarə müddəti iyun ayının sonunda başa çatacaq. Paredes bu mövsüm A Seriyasında 16 oyuna çıxıb.

Xatırladaq ki, Leandro DÇ-2022-də Argentina millisinin heyətində dünya çempionu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər