Dünya çempionatları tarixinə düşən hakim vəfat etdi

Dünya çempionatları tarixinə düşən hakim vəfat etdi
Dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş türkiyəli keçmiş hakim Doğan Babacan vəfat edib.
Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub. 
Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər