Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın yarımfinal mərhələsində İtaliya millisi Milan şəhərində İspaniya yığması ilə qarşılaşacaq.
Fanat.Az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, bu yay "Milan"dan ayrılaraq PSJ-yə keçən İtaliya millisinin qapıçısı Canluici Donnarummanın (Gianluigi Donnarumma) qapıda duracağı gözlənilir.
Lakin "Milan"ın azarkeşləri 22 yaşlı qapıçını doğma şəhərlərində görmək istəmirlər. Onun klubu tərk etməsi səbəbilə Donnarummanı tamahkar və xəyanətkar hesab edirlər.
Bunu futbolçuya bildirmək üçün şəhərdə körpünün üzərindən "Donnarumma, səni şəhərdə görməkdən məmnun deyilik. Sən alçaqsan!" yazılı pankart asıblar.

Xatırladaq ki, İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Emin Şəmsiyev