Dmitri Nazarov: "...ona görə də topu götürdüm"

Dmitri Nazarov: "...ona görə də topu götürdüm"
"Ersgebirge”nin formasını geyinən Dmitri Nazarov II Bundesliqanın XXVI turunda evdə "Sandhauzen”ə qarşı 3:1 hesabı ilə qazanılan görüşdən sonra klub saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü komandasının qələbəyə layiq olduğunu bildirib: 
"Penaltini qola çevirəcəyimdən əmin idim, ona görə də topu götürdüm. Ancaq buna baxmayaraq, asan olmadı. Çünki rəqib qırmızı vərəqə aldığı üçün oyun xeyli dayandı. Qarşı tərəf azlıqda qaldı və bu, bizim üçün yaxşı fürsət oldu. Meydanda onlardan daha çox qaçdıq. Fikrimcə, layiq olan komanda qələbə qazandı. Sözsüz, azarkeşlər üçün darıxırıq. Bu durumun nə qədər davam edəcəyini heç kim bilmir. Belə oynamaq bütün komandalar üçün çətindi. Ümid edirəm ki, yaxın vaxtda onları da stadionlarda görəcəyik”.
Qeyd edək ki, Dimitri Nazarov görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 5-ci dəqiqəsində komandasının qazandığı penaltini qola çevirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər