Divizionda Abanqı dayandıran tapılmır

Divizionda Abanqı dayandıran tapılmır

"Keşlə"nin əsas komandasının üzvü, cəzalandığı üçün əvəzedici heyətə göndərilən Anatole Abanq I Divizionda qollarını sıralayır.

Fanat.Az xəbər verir ki, kamerunlu hücumçu bu gün "Qəbələ-2" ilə keçirilən və hazırda davam edən görüşdə növbəti dəfə fərqlənib.

Beləliklə, Abanq "Keşlə-2"nin heyətində meydana çıxdığı üçüncü oyunda 5-ci qoluna imza atıb və bombardir yarışında liderdir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər