Divizion klubları üçün cəza və cərimələr

Divizion klubları üçün cəza və cərimələr

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, qurum I divizionun X turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxardıb:

“Şahdağ” - “Ağsu” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu İqrar Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” - “Şərurspor” matçının 44-cü dəqiqəsində qonaqların futbolçusu Qadir Həşimli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Mil-Muğan” - MOİK matçında həm meydan sahiblərinin, həm də qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimələnib.

(pfl.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər