İspaniya La Liqasının XXXV turunda "Malaqa"nı qəbul edən "Atletiko" rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Fanat.az xəbər verir ki, qarşılaşmanın gedişində madridlilərin baş məşçqisi Dieqo Simeone matçın baş hakimi tərəfindən texniki zonadan qovulub.
Onun cəzalanmasına isə qonaqların əks-hücumu zamanı meydana ikinci topu atması səbəb olub.
Fanat.az