Dieqo Forlan  qovuldu

Dieqo Forlan  qovuldu

Uruqvay millisinin və "Atletiko Madrid" klubunun sabiq hücumçusu Dieqo Forlan baş məşqçisi olduğu "Atenas"dan qovulub.

Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, qovulmağa səbəb rəhbərliyin komandanın nəticələrindən narazılığı olub.

"Atenas" Uruqvayın ikinci divizion klubudur. Komanda hazırda turnir cədvəlinin 5-ci pilləsində yer alır.

Xatırladaq kİ, 42 yaşlı mütəxəssis daha əvvəl "Penyarpol" klubunu çalışdırırdı.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər