Di Mariadan ilginc açıqlama: "İlk gündən məndən xoşu gəlmirdi"

Di Mariadan ilginc açıqlama: "İlk gündən məndən xoşu gəlmirdi"

Argentina millisinin və PSJ-nin yarımmüdafiəçisi Anxel Di Maria (Angel Di Maria) karyerası ərzində çalışdığı ən pis məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "L Equipe" nəşrinə danışıb:

"Mançester Yunayted"də ən böyük problemim baş məşqçi idi. Van Qal (Louis Van Gaal) mənim karyeram boyu gördüyüm ən pis mütəxəssis idi. Qol vururdum, məhsuldar ötürmə edirdim və ertəsi gün mənə düzgün alınmayan ötürmələrimi göstərirdi.

Komandanın qalib gəlməsi üçün bu qədər iş görürdüm nəticədə isə xırda səhvlərimi şişirdib məndən ideal futbolçu olmağımı tələb edirdi. Elə ilk gündən məndən xoşu gəlmirdi. Futbolçunun ondan daha çox müzakirə olunmasını xoşlamırdı".

Xatırladaq ki, Anxel Di Maria 2014/15 mövsümünü "Mançester Yunayted"in heyətində keçirib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər