Deşam Skolarini geridə qoydu

Deşam Skolarini geridə qoydu

DÇ-2022-nin yarımfinalında Mərakeş seçməsini yenərək (2:0) finala yüksələn Fransa yığmasının baş məşqçisi Didye Deşam mundiallarda qazandığı nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb.

Fanat.Az xəbər verir ki, o, DÇ-lər tarixində komandasını iki dəfə ardıcıl finala daşıyan 4-cü mtəxəssis olub.

Daha öncə bunu Vittorio Pottso (İtaliya, DÇ-1934 və 1938), Karlos Bilardo (Argentina, DÇ-1986 və 1990) və Frants Bekkenbauer (Almaniya, DÇ-1986 və 1990) bacarmışdı.

Deşam həm də DÇ-lər tarixində qələbə sayına görə (14) Luis Felipe Skolarini qabaqlayaraq 2-ci yerə qalxıb. Bu göstəricidə "xorzular"ın çalışdırıcısı yalnız 16 zəfərə imza atan Helmut Şöndən geri qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər