"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk qışda komandanı tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz "Twitter" səhifəsində yazıb.
Mənbənin məlumatına görə, “Atalanta”nın baş məşqçisi Can Piero Qasperini klub rəhbərliyindən yarımmüdafiəçinin “Cenoa”ya transferinə mane olmağı xahiş edib. Buna səbəb komandanın yarımmüdafiəçisi Yosip İliçiçin ciddiləşən depressiya problemidir.
Yarımmüdafiəçi bu mövsüm A Seriyasında 13 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da iki oyunu var. Mirançukun müqaviləsi 2024-cü ildə başa çatır, Transfermarkt futbolçunu 11 milyon avro dəyərində qiymətləndirir.