Depay MY-dən gedir- tərəflər razılaşdı

Depay MY-dən gedir- tərəflər razılaşdı

“Mançester Yunayted” və “Lion” Memfis Depayın keçidi haqda razılığa gəlib. Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Fransa təmsilçisi hollanda görə 16 milyon funt ödəməyə hazırdı.

 

Hətta bu məbləğ  21,7 milyon funta qədər artırıla da bilər. Xüsusi nəsə baş verməsə, “manikunianlar”la Lui van Qal dönəmində anlaşan Memfis fransızlarla 4 illik müqavilə bağlayacaq. Sözləşməyə xüsusi bənd də əlavə olunacaq. Bu bənd MY rəhbərliyinə Depayı istənilən vaxt satdığı qiymətə geri almaq hüququ verəcək.

 

22 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la olan hazırkı müqaviləsinin 2019-cu ilədək nəzərdə tutulduğunu vurğulayaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər