"İnter" Denis Silvayla yeni müqavilə bağlayacaq. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu artıq Bakı təmsilçisinə şifahi razılıq verib.
Danışıqlar zamanı "İnter"dən öncə "Xəzər Lənkəran" və "Neftçi"də də oynamış müdafiəçi məlum transfer qadağasıyla üz-üzə qalan "ağ-göylər"in düşdüyü vəziyyətdən faydalanmağa can atmayıb. Maaşının artırılmasını tələb etməyən Denis paytaxt klubunda 2016/17 mövsümündə çıxış etdiyi şərtlərlə top qovacaq.
Futbolçunun birillik sözləşməyə qol çəkəcəyi gözlənilir.
Fanat.Az