De Rossi Tottinin yoluyla getdi

De Rossi Tottinin yoluyla getdi

Daniele de Rossi karyerasını “Roma”da bitirəcək. Fanat.Az  İtaliya mənbələrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni anlaşmaya imza atacaq.

 

Klub prezidenti 34 yaşlı orta xətt oyunçusuna yeni, ikiillik müqavilə təklif edib. Rəhbərlik futbolçunun cari mövsümün sonuna qədər olan anlaşmasının müddətini daha 2 illik uzatmağı təklif edib. Hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq de Rossi təklifi isti qarşılayıb. Üstəlik, məvacibinin azaldılmasına da razılaşıb. Belə ki, davam edən anlaşmanın şərtlərinə görə ildə 6,5 milyon avro qazanan futbolçu növbəti iki ildə hər il üçün 3 milyon avro alacaq.

 Komanda yoldaşı Françesko Totti kimi, "canavarlar"a sadiq qalan de Rossi 2001-ci ildən bu klubdadı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər