De Byazinin mətbuat konfransı keçiriləcək

De Byazinin mətbuat konfransı keçiriləcək

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. 

Fanat.Az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı sabah saat 17:30-da Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

Milli isə saat 19:00-da "Dalğa Arena"da ilk 15 dəqiqəsi açıq olacaq məşqə çıxacaq. 

Lüksemburqa gəlincə, rəqib komandasının baş məşqçisi saat 17:00-da media önünə çıxacaq. Açıq məşq isə saat 18:00-a təyin olunub. Lüksemburq millisinin məşqi və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər