Daliç Səudiyyə Ərəbistanı klubunda?

Daliç Səudiyyə Ərəbistanı klubunda?

Almaniyada keçirilən Avropa çempionatında qrupdan çıxa bilməyən Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan təklif alıb.

Fanat.Az "Večernji list"ə istinadən xəbər verir ki, sözügedən klub Daliçə illik 20 milyon avro maaş ödəməyə hazırdır.

Mənbə tərəflərin hələ danışıqlara başlamadığını bildirib. Xəbərə görə, “Əl-İttihad” hazırkı baş məşqçisi Marselo Qalyardo ilə müqaviləni ləğv edəndən sonra Daliçlə bağlı hərəkətə keçəcək.

Maraqlıdır ki, bir müddət öncə Xorvatiya Futbol Federasiyasının prezidenti Maryan Kustiç Daliçin 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər vəzifəsində qalacağını bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər