Dağıstanda azarkeşlər rinqə girdi: rus döyüşçüya hücum - VİDEO

Dağıstanda azarkeşlər rinqə girdi: rus döyüşçüya hücum - VİDEO

Dağıstanda qarışıq döyüş növü üzrə keçirlən açıq çempionatda azarkeşlər arasında kütləvi dava düşüb.

Fanat.Az xəbər verir ki, dava Vladimir Mineyevlə dağıstanlı rəqibi Əziz Cüməniyazov arasında keçirilən döyüş zamanı baş verib.

Döyüş başa çatan zaman parter vəziyyətindən qalxan Cüməniyazov rəqibinin ayağına zərbə vurub. Mineyev isə rəqibinin başına yumruq vurmaqla cavab verib.

Baş verənlərə sərt reaksiya göstərən tamaşaçılar rinqə daxil olaraq dava salıblar.

Hadisədən sonra idmançılar bir-birindən üzr istəyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər