Daha iki ulduz Çin yolunda

Daha iki ulduz Çin yolunda
Daha iki ulduz futbolçu Çin klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, bunlardan biri Frank Riberidi.
"Bavariya"nın formasını geyinən fransalı futbolçu uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb və əvvəlki formada deyil. Buna baxmayaraq, Çin klubları ona maraq göstərir. "Bavariya"nın Çindən Riberi üçün yüksək məbləğdə transfer təklifi aldığı deyilir.
Qeyd edək ki, əvvəllər Fransanın "Bulon", "Ales", "Brestois", "Mets", "Marsel" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinmiş 32 yaşlı yarımmüdafiəçi 2007-ci ildə 25 milyon avroya "Bavariya"ya transfer olunub.
Çin klublarının maraq göstərdiyi başqa bir futbolçu Obafemi Martinsdi. Hətta hazırda "Seattle Sounders" klubunda çıxış edən nigeriyalı forvardın "Şanxay Şenhua" klubu ilə anlaşdığı deyilir.
Qeyd edək ki, İtaliyanın "Recciana", "İnter", İngiltərənin "Nyukasl", "Birmingem", Rusiyanın "Rubin", Almanyanın "Volfsburq" klublarında oynamış Martines 2013-cü ildə "Levante"dən 3 milyon avroya "Seattle Sounders"ə keçmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər