Daha bir ulduz futbolçu karyerasını bitirir. Fanat.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü Luka Toni yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.
Mayın 26-da 39 yaşını qeyd edəcək "Verona"nın forvardı son matçını bazar günü sabiq komandası "Yuventus"a qarşı keçirəcək. Bununla da o, peşəkar futbolçu karyerasına son qoyacaq.
Qeyd edək ki, Luka Toni 22 illik peşəkar futbolçu karyerası ərzində İtaliyanın "Modena", "Empoli", "Fiorenzuola", "Lodigiani", "Treviso", "Viçenza", "Breşiya", "Palermo", "Fiorentina", "Roma", "Cenoa", "Yuventus", "Verona", Almaniyanın "Bavariya" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klublarında çıxış edib.
Almaniyada 2 dəfə Bundesliqanın, 2 dəfə ölkə kubokunun və 1 dəfə Liqa Kubokunun qalibi olan Luka Toni 2006-cı ildə İtaliya millisi ilə dünya çempionluğunu qazanıb. O, millinin heyətində keçirdiyi 47 oyunda 16 qola imza atıb.
39 yaşlı futbolçu cari mövsümdə 24 rəsmi oyuna çıxıb və 2 qol vurub. Ötən mövsüm isə 38 oyunda 22 dəfə fərqlənərək bombardir olmuş və ilin rəmzi komandasına seçilmişdi.
Fanat.az