Daha bir ulduz Amerika yolunda

Daha bir ulduz Amerika yolunda

Daha bir ulduz futbolçu karyerasını ABŞ çempionatında davam etdirə bilər. Fanat.az xəbər verir ki, "Los Anceles Qalaksi" "Roma"dan Daniel De Rossini hədəfə alıb.

İtaliyalı ulduzun yayda "Roma"dan ayrılması gözlənilir. Tərəflər anlaşsa, Rossi yeni mövsümdə ABŞ çempionatında top qovacaq.

Qeyd edək ki, "Roma"nın yetirməsidi və 2001-ci ildən klubun əsas heyətində çıxış edir. 2004-cü ildən çıxış etdiyi İtaliya millisində 101 oyuna çıxan 32 yaşlı yarımmüdafiəçi 17 qola imza atıb. "Transfermarkt" ona 7 milyon avro qiymət qoyub. 6 il əvvəl isə Rossinin 38 milyon avro dəyəri var idi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər