Daha bir titullu idmançımız karyerasını erkən bitirdi - FOTO

Daha bir titullu idmançımız karyerasını erkən bitirdi - FOTO
Yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya və Avropa çempionu Həsən Əliyev karyerasını bitirib.
31 yaşlı Həsən Əliyev məşqçilik fəaliyyətinə başlayıb.
O, yunan-roma güləşi üzrə əsas millimizdə rusiyalı baş məşqçi Aleksandr Tarakanovun köməkçilərindən biri təyin olunub.
Onun məşqçi kimi ilk ciddi sınağı bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri olacaq.
Xatırladaq ki, ötən ilin sonlarında sərbəst güləş üzrə üçqat Avropa çempionu Cəbrayıl Həsənov 30 yaşında zədəsinə görə karyerasını bitirmişdi. O, bu ilin əvvəlindən gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.//oxu.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər