Daha bir şahmatçımız qrossmeyster oldu

Daha bir şahmatçımız qrossmeyster oldu

Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.

Fanat.Az xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində uğurla çıxış edən 18 yaşlı Məhəmməd Muradlı lazım olan əmsalları toplayaraq qrossmeyster dərəcəsinə çatıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 150 şahmatçının qatıldığı turnirdə Azərbaycanı 3 zəka sahibi təmsil edib. Məhəmməd Muradlı 6,5 xalla 8-ci yeri tutub. Eltac Səfərli 6 xalla 13-cü, Aydın Süleymanlı 5,5 xalla 34-cü olub.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər