Daha bir mütəxəssis "Ayaks"ı çalışdırmaqdan imtina etdi

Daha bir mütəxəssis "Ayaks"ı çalışdırmaqdan imtina etdi

Böhran yaşayan "Ayaks"ın baş məşqçi postu hələ də boşdur. 

Fanat.Az xəbər verir ki, Niderland nəhəngi artıq dördüncü mütəxəssisdən də rədd cavabı alıb. 

Bu barədə sözügedən ölkənin gündəlik "De Telegraaf" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, Maurisio Poçettino, Lui Van Qal və Marselo Bielsanın ardından xorvat çalışdırıcı Zlatko Daliç də amsterdamlılara "yox" cavabı verib. 

Klub rəhbərliyinin cəmi iki seçimi qalıb: Luis Enrike və Marselo Qallardo. Ölkə mətbuatı bu mütəxəssislərlə danışıqları davam etdirir. 

"Ayaks" son 60 ilin ən böyük böhranını yaşayır. Əvvəlki baş məşqçi Alfred Şröder yeddi oyunda qələbə qazanmadıqdan sonra qovulub. Çünki bu durum yalnız 1965-ci ildə “Ayaks”ın başına gəlmişdi. 

Beləliklə, hazırkı Niderland çempionu Erediviziyada mövsümün ikinci yarısına beşinci yerdə və liderdən yeddi xal geridə başlayacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər