Daha bir ölkənin çempionatı başladı

Daha bir ölkənin çempionatı başladı
Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb.
 
Fanat.Az xəbər verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun bütün qarşılaşmaları bu gün olub. Son çempion "Taybey Tatun” evdə "Taypover"ə 2:3 hesabıyla yenilib. "Hanq Yun” doğma publika önündə "Taycenq Lions”a 4 cavabsız qol vurub.
"Taynan Siti” səfərdə "Minq Cuan Universiti”dən üstün olub – 4:2. "Taycunq” – "Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Növbəti turun oyunları aprelin 19-da olacaq.
Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.
Hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər