İtaliya Futbol Federasiyasından sonra daha bir milli assosiasiya AVRO-2020-nin təxirə salınacağına ümid edir.
"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatının ev sahiblərindən biri olan Almaniya da turnirin vaxtının dəyişdirilməsini istəyir.
Almaniya Futbol Liqasının (DFL) rəhbərliyi UEFA-nın quruma üzv 55 milli assosiasiya rəsmiləri ilə 17 mart videokonfransında AVRO-2020-nin təxirə salınmasını təklif edəcək.