Daha bir klubdan Fatih Terimə təklif

Daha bir klubdan Fatih Terimə təklif

Super Liqanın 6 turunda 8 xal yığma bilən "Trabzonspor"un baş məşqçi dəyişikliyi iddia olunub. Fanat.Az xəbər verir ki, rəhbərliyin səbri "Alanyaspor"la oyundan sonra tükənib.

"Trabzonspor" doğma meydanda keçirdiyi oyunun 32-ci dəqiqəsində 3:0 hesablı üstünlük qazansa da, sonda meydanı məğlub tərk edib. İddia olunur ki, azarkeşlərin də Ersun Yanalı istefaya çağırmasından sonra rəhbərlik baş məşqçi dəyişikliyinə getmək qərarına gəlib.

İddia olunur ki, Ersun Yanalın yerinə ilk namizəd Fatih Terimdi. İllər əvvəl "Türkiyədə "Qalatasaray"dan başqa klubda işləmərəm" deyən "İmperator"un bu təklifə hansı cavabı verəcəyi maraqlıdı.

Qeyd edək ki, Fatih Terim İranın "İstiqlal" klubundan da təklif alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər