Daha bir idmançımızda dopinq tapıldı

Daha bir idmançımızda dopinq tapıldı

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Maksim Averinin beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.

Fanat.Az “Report”a istinadən xəbər verir ki, buna səbəb Azərbaycan yığmasının üzvünün orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanmasıdır.

Dopinq-test zamanı analizi müsbət nəticələnən M.Averində meldoni preparatı tapılıb.

Qeyd edək ki, Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər