Daha bir əfsanə karyerasını bitirə bilər

Daha bir əfsanə karyerasını bitirə bilər

İngiltərə mətbuatı mövsümün sonunda "Çelsi" ilə müqaviləsinin müddəti başa çatan təcrübəli müdafiəçi Con Terrinin klubdan ayrılacağını iddia edib.

Fanat.Az xəbər verir ki, "Çelsi" əməkdar oyunçusu ilə yolları ayırmağa hazırlaşır. 1998-ci ildən "Zadəganlar"ın formasını geyən Terri ilə müqavilənin uzadılmayacağı bildirilib.

Bu mövsüm aldığı zədələr üzündən cəmi 5 çempionat oyununa çıxan Terriyə Çin klubu "Şanxay Şenhua"dan 12 milyon sterlinq təklif gəldiyi, amma ingilis futbolçunun bunu rədd etdiyi deyilir. 

"Çelsi" rəhbərliyi kapitanı olduğu komandada 4 premyer-liqa çempionluğu yaşayan Terriyə mövsümün sonunda məşqçilik və ya futbol elçiliyi vəzifəsini verərək onu klubda fərqli vəzifələrdə istifadə etməyi planlaşdırır. 

İngilis futbolunun isə karyerasına davam edib-etməyəcəyi mövsümün sonunda ona irəli sürülən təkliflərdən asılı olacaq. 

Qeyd edək ki, Terri "Çelsi" forması ilə meydana çıxdığı 678 qarşılaşmada 63 qola və 39 qol ötürməsinə imza atıb.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər