Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turdan təxirə salınmış oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun klubu "Dinamo” (Berlin) səfərdə "Berliner AK 07” ilə qarşılaşıb.
Dadaşovun komandası bu oyunda 1:4 hesabı ilə məğlub olub.
Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, zədə səbəbindən mayın sonuna kimi yaşıl meydanlardan kənar qalacaq.
Bu məğlubiyyətdən sonra iki pillə geriləyən "Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb.
Fanat.Az