Dadaşovun komandası səfərdən xalsız qayıtdı

Dadaşovun komandası səfərdən xalsız qayıtdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 13-cü tur çərçivəsində “Erfurt”la qarşılaşıb. Rüfətin komandası səfər matçında məğlubiyyətə üzülüb – 1:3.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Ancaq o, bu görüşdə fərqlənə bilməyib.

“Dinamo” hazırda 25 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər