Dadaşova ağır cəza: mövsüm erkən bitdi

Dadaşova ağır cəza: mövsüm erkən bitdi
Portuqaliya Sequndasının son turunda qırmızı vərəqə alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun cəzası müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi "Eştoril"in formasını geyinən forvardı 3 oyunluq diskvalifikasiya edib. Bu isə o deməkdi ki, 20 yaşlı oyunçu üçün mövsüm erkən başa çatıb. Çünki Sequndada mövsümün sonuna 2 tur qalıb.
Qeyd edək ki, Renat XXXII turun "Akademiko Viseu” ilə oyununun 54-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Matç "Akademika Videu"nun 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər