DÇ: Karateçilərimiz mübarizəni davam etdirirlər

DÇ: Karateçilərimiz mübarizəni davam etdirirlər

Dubayda təşkil edilən karate üzrə dünya çempionatında ikinci günün yarışları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün beş karateçimiz mübarizə aparır.

Təmsilçimiz Ayla Rzazadə (61 kq), İlahə Qasımova (55 kq), Tural Ağalarzadə (67 kq) ilk qarşılaşmalarında uduzublar. Digər karateçilərimiz - Nuranə Əliyeva (50 kq) və Əminağa Quliyev (60 kq) mübarizəni davam etdirirlər.

Qeyd edək ki, turnirin birinci günündə karateçilərimizdən İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər