DÇ: İdmançımız mübarizəni dayandırdı

DÇ: İdmançımız mübarizəni dayandırdı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində təşkil olunan dünya çempionatında 1/16 final görüşünü keçirib. 

Fanat.Az xəbər verir ki, ilk mərhələdə türkiyəli Emre Laleni məğlub edən indoneziyalı legioner bu dəfə Honkonq təmsilçisi Li Çeuk Yu ilə üz-üzə gəlib. 23 yaşlı idmançımız iki setin yekununda rəqibinə uduzub - 13:21, 15:21.

Beləliklə, Dviçayo mundialda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə idi badminton üzrə dünya çempionatında təmsil olunurdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər