Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda təşkil olunan dünya çempionatının finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, tamblinq növündə mübarizə aparan idmançı iki cəhdin cəmində 75,200 bala layiq görülüb. Bununla o, təsnifat mərhələsini üçüncü pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Onunla yanaşı, finalda 7 gimnast mübarizə aparacaq.
Final yarışı mundialın son günü - noyabrın 21-də baş tutacaq.
***
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda ölkəmizin yeganə təmsilçisi Mixail Malkin mübarizəyə qoşulacaq.
Avropa çempionu və dünya yaş qrupları turnirlərinin qalibi olan idmançı tamblinq yarışlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionatında 33 ölkədən 250-dən çox gimnast iştirak edir. Yarışa noyabrın 21-də yekun vurulacaq.